"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan etdi

DÜNYA
19:04 / 07.09.2021
1216

"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Belə ki, Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək.

Baş nazirin müavini Molla Əbdül Qani Baradari təyin edilib.

Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.

 

 

0