EKONOMİKS
15:46 / 26.10.2021
356

32 ölkədən 750 idmançı Bakıya toplaşacaq

25-28 noyabrda Bakıda batut gimnastikası üzrə yaş qrupları arasında 28-ci dünya çempionatı keçiriləcək.

Hit.az xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən, yarışda 32 ölkədən 750 idmançının iştirak edəcəyi gözlənilir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Həmçinin komanda hesabında da qaliblər müəyyənləşəcək. Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

0