Azərbaycan UEFA reytinqində gerilədi

İDMAN
09:14 / 10.12.2021
808

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Hit.az xəbər verir ki, buna "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzması səbəb olub. Ölkə 25-ci sıradan 26-cı yerə enib.

Rumıniyada Çexiya "Yablonets"ini 2:0 hesabı ilə üstələyən ÇFR (Kluj) komandası ölkəsinin aktivinə 0,500 xal yazdırıb.

Beləliklə, 17,150 xala malik Rumıniya 25-ci olub. Hazırda 17,000 xalla 26-cı yerdə gedən Azərbaycan 27-ci pillədəki Macarıstandan 0, 625 xal öndədir.

0