Medvedçukla bağlı qərar verildi

DÜNYA
22:09 / 16.04.2022
1209

Lvovun Lıçakovski Rayon Məhkəməsi bu yaxınlarda SBU tərəfindən yaxalanan deputat Viktor Medvedçuku girov müqabilində azadlığa buraxılmadan həbsə göndərib.

HİT.az rus mətbuatına istinadən xəbər verir ki, bu haqda Lıçakovski Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Lvovun Lıçakovski Rayon Məhkəməsinin müstəntiq hakimi Dövlət İstintaq Bürosunun Baş İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin vəsatətini Baş prokurorla razılaşdıraraq təmin edib. Ukraynanın xalq deputatı Medvedçuk Viktor Vladimiroviç barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə məhkəmədən bildirilib.

Bu qərar Medvedçukun əvvəllər ev dustaqlığından qaçması nəzərə alınaraq qəbul edilib.

İclas videokonfrans vasitəsilə keçirilib.

0