Bu məşhur bütün əmlakını köməkçisinə vəsiyyət etdi

DÜNYA
17:26 / 19.04.2022
1171

Hollivud dünyasında 1980-1990-cı illərdə məşhur olan və bir çox qadınların sevimlisinə çevrilən aktyor Mikki Rurk vəsiyyətini kimə buraxacağını açıqlayıb.

Axşam.az xəbər verir ki, 69 yaşlı aktyor ölümündən sonra bütün əmlakını köməkçisi Dmitri Korneyçuka vəsiyyət edib. O, bu barədə yutubda yayımlanan "Осторожно: Собчак" şousuna müsahibəsində danışıb. Mikki hətta bildirib ki, əgər Dmitri ilə hər hansı hadisə baş verərsə, nə edəcəyini bilmir. Hətta özünü bir güllə ilə öldürməyi belə düşünə bilər.

Qeyd edək ki, Dmitri təxminən səkkiz ildir Mikki ilə işləyir. O, Ukraynadan ABŞ-a gəldikdən sonra iş tapa bilməsə də özünə köməkçi axtaran aktyorla təsadüfən tanış olub.

0