BMT-nin Baş katibi Putinlə görüşəcək

22:14 / 22.04.2022
936

Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Qurterreşi qəbul edəcək.

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Antonio Qurterreş aprelin 26-da xarici işlər naziri Sergey Lavrovla danışıq üçün Moskvaya gələcək. Prezident Putin də Quterreşi qəbul edəcək” – deyə Peskov qeyd edib.

0