\"Pandemiyadan zərər çəkmiş sahibkarlar 22 mln manat subsidiya alıb\" - Nazir

16:39 / 27.04.2022
1326

"2020-ci ilin iyun ayından bu il aprelin 1-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib."

Hit.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 290 müraciətdən 5 010-u üzrə müsbət qərarlar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 milyon manat olub", - deyə nazir qeyd edib.

0