Azərbaycanın “Avroviziya”da səsləri niyə lağv edilib? - Səbəb açıqlandı

MƏDƏNİYYƏT
08:56 / 20.05.2022
2344

Avropa Yayım Birliyi (EBU) “Avroviziya-2022” Mahnı Müsabiqəsində 6 ölkənin münsif səslərinin ləğv olunmasının səbəbini açıqlayıb.

HİT.az xəbər verir ki, buna səbəb kimi həmin ölkələrin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsi göstərilib. EBU bunun qaydalarına zidd olması qənaətinə gəlib və xalları sıfırlayıb.

Qeyd edək ki, Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. 

Onu da qeyd edək ki, Azərbaycan aparıcısı canlı efirdə səsləri elan edə bilməyib və EBU özü səsləri açıqlayıb. Azərbaycan birinci yerdə Ukryananı göstərsə də, səslər Böyük Britaniyaya yazılıb.

 

0