Qurban Qurbanov "Qarabağ"ın ilk transferini açıqladı

İDMAN
15:42 / 27.05.2023
560

"Qarabağ" “Zirə”nin fransalı hücumçusu Hamidu Keytanın transferini yekunlaşdırıb.

HİT.az xəbər verir ki, bu barədə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov bildirib.

"Keyta əvvəldən bizim transfer siyahımızda var idi və artıq onunla danışıqlar müsbət yekunlaşıb", deyə Qurbanov bildirib.

Qeyd edək ki, Seneqal əsilli Hamidu Keyta əvvəllər Fransa, Rumıniya və Portuqaliyanın müxtəlif klublarında çıxış edib. O, 2022-ci ilin yanvarında Portuqaliya "Santa Klara"sından "Zirə"yə keçib. 28 yaşlı sağ cinah futbolçusu cari mövsümdə meydana çıxdığı 36 oyunda 8 qol vurub və 12 məhsuldar ötürmə edib.

0