Məşhur aktrisa vəfat etdi

MƏDƏNİYYƏT
21:00 / 16.07.2023
646

Müğənni və aktrisa Ceyn Birkin 76 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Qeyd olunur ki, Birkinin meyitini onun himayəçisi evdə tapıb.

Ceyn Birkin ingilis-fransız qarışığı olan müğənni və aktrisadır. O, aktrisa və Britaniya casusu ailəsində anadan olub. O, "Birkin Di Doo Dah" (1973) və "Lolita Go Home" (1975) albomları ilə şöhrət qazanıb. Həmçinin "Blow-Up" (1966), "Death on the Nile" (1978), "La Belle Noiseuse" (1991) və bir sıra başqa filmlərdə rol alıb.

Birkin Britaniya İmperiyasının ordeni və Fransanın Milli Xidmətlərinə görə ordeni ilə təltif edilib. 

0