Tütün 200 mindən çox xərçəng halına səbəb olub

MARAQLI
21:36 / 28.09.2023
411

2019-cu ildən bəri tütündən istifadə 200.000-dən çox xərçəng halına səbəb olub.

Hit.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Xərçəng Araşdırmaları Mərkəzi məlumat verib. Bildirilib ki, yoxsul ərazilərdə tütündən xərçəngə yoluxma nisbəti 10 faiz daha çoxdur və 2050-ci ilə qədər rəqəmlər 10 faiz arta bilər. Tütün daha çox ağciyər xərçənginin yaranma səbəbidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il təxminən 14 milyon insana xərçəng diaqnozu qoyulur və 8,2 milyon insan xərçənglə əlaqəli səbəblərdən dünyasını dəyişir. 

Dünyada isə demək olar ki, 2,2 milyon insana hər il ağciyər xərçəngi diaqnozu qoyulur. Bunun da əsas səbəbi tütündən daha çox istifadədir.

Xərçəngin 2030-cu ilə qədər bütün dünyada əsas ölüm səbəbi olacağı gözlənilir.

Aynur Əli

0