Bu gün tarixin vərəqlərində 24 apreldəyik.
Hit.az bildirir ki, bu tarixdə keçmişdən indiyə qədər bir sıra mühüm hadisələr baş verib.
Bundan başqa, ölkə və dünya üçün əhəmiyyətli çox sayda görkəmli şəxsin doğum tarixi məhz 24 aprelə təsadüf edir. Həmçinin, bu tarixdə aramızdan ayırlan çox sayda tanınmış sima da var. Beləliklə, tarixin 24 aprelinə daha yaxından nəzər salırıq...
24 apreldə nələr baş verib?
1512-ci ildə I Səlim Osmanlı İmperiyasının taxtına çıxıb. 1898-ci ildə İspaniya ABŞ-yə müharibə elan edib. 2007-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Abdulla Gülü prezidentliyə namizəd göstərəcəklərini açıqlayıb. 2008-ci ildə Azərbaycanla Monteneqro arasında diplomatik əlaqələr qurulub.
24 apreldə doğulanlar:
1911-ci ildə geoloq, professor Ələşrəf Əlizadə, 1941-ci ildə Əməkdar artist, aktyor Rafiq Hüseynov, 1972-ci ildə iş adamı Qod Nisanov, 1979-cu ildə gənclər və idman naziri Fərid Qayıbov və 1982-ci ildə sabiq futbolçu Mikayıl Yusifov doğulub.
Həmçinin, 1889-cu ildə gürcü şair İosif Qrişaşvili, 1942-ci ildə amerikalı müğənni Barbra Streyzand, 1982-ci ildə amerikalı müğənni Kelli Klarkson və 1986-cı ildə israilli futbolçu Lior Refaelov dünyaya gəlib.
24 apreldə vəfat edənlər:
1945-ci ildə kino rəssamı Məhəmməd Maqomayev, 2005-ci ildə Əməkdar artist, aktyor Əli Salahlı, 2007-ci ildə Xalq rəssamı Rasim Babayev, 2011-ci ildə Xalq şairi Balaş Azəroğlu, 2012-ci ildə Əməkdar incəsənət xadimi, televiziya rejissoru Tariyel Vəliyev, 2018-ci ildə müğənni Nazim Ağayev və 2019-cu ildə aktrisa Məleykə Ağazadə vəfat edib.
Həmçinin, 1731-ci ildə ingilis yazıçı Daniel Defo, 1852-ci ildə rus şair Vasili Jukovski, 1991-ci ildə sabiq türk futbolçu Cəfər Çağatay və 1966-cı ildə gürcü şair Simon Çikovani dünyasını dəyişib.
Pərviz


