Aşıq Namiq hadisənin videogörüntüsünü istəyir

HADİSƏ
10:26 / 16.11.2023
480

Aşıq Namiq Fərhadoğlu Daxili İşlər Nazirliyinə müraciət edəcək. 

Bu barədə Hit.az-a aşığın özü məlumat verib. 

O bildirib ki, nazirlikdən bir neçə gün bundan əvvəl Zabitlər Parkında onun döyülməsi ilə bağlı yayılan məlumatın videogörüntüsün tələb edəcək:

“Belə olmaz, hər iki ildən bir biri çıxıb məni şərləyir. Kimdir bunların arxasında duran? Bunlar mənə qarşı şərdir. Qoy baxaq görək həmin videoda mən hansı qadına nəsə demişəm? Mənim heç kimlə işim yoxdur”.

Qeyd edək ki, mətbuatda Aşıq Namiq Fərhadoğlunun parkda döyülməsi ilə bağlı məlumat yayılıb. Hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib. Məlumatda Aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Hadisə ilə bağlı hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

Azra

0