Baku Travel Hotel məhkəmə qarşısında

20:04 / 21.11.2023
368

Baku Travel Hotelə inzibati protokol yazılıb. 

Hit.az xəbər verir ki, hotel İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham edilir. 

İşə Suraxanı Rayon Məhkəməsində baxılacaq. 

389-cu maddədə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Anar

0