"Audi"nin yeni modelinin ilk FOTOLARI yayıldı

AVTO
11:37 / 11.03.2024
1093

Dünyaca məşhur avtomobil istehsalçısı "Audi" yeni modelini təqdim edəcək.

Hit.az xəbər verir ki, yeni modellər "A5" adlanacaq.

Daha doğrusu, "A4" modelinin yenilənmiş versiyası olacaq. Həmin avtomobil bu ilin sonunda təqdim olunacaq. Satışların isə 2025-ci ildə başlayacağı açıqlanıb.

Avtomobilin uzunluğu 4,76 metr, hündürlüyü isə 1,43 metr olacaq. Avtomobillərin həm benzinli, həm də dizel modelləri istehsal olunacaq.

"Audi"nin yeni modelinin ilk görüntülərini təqdim edirik:

Pərviz

0