Sarımsağı yastığın altına qoyanda nə olur? - Bu faydaları var... 

MARAQLI
19:55 / 09.04.2024
392

Faydaları saymaqla bitməyən sarımsağın daha bir dərdə dərman olduğu ortaya çıxıb.

Hit.az bildirir ki, sarımsaq el arasında "təbii antibiotik" adlandırılır.

Onun yeməklərə verdiyi dadla yanaşı, səhhətimizə də böyük təsirləri mövcuddur. Xüsusilə sahib olduğu antibakterial xüsusiyyəti ilə immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı bir növ qalxan yaradır.

Məsələn, sarımsağın yuxu probleminə qarşı effektiv olduğu üzə çıxıb. Belə ki, sarımsağı yastığın altına qoymaqla daha rahat yata bilərsiniz. "B1" vitamini və melatoninlə zəngin olan sarımsaq daha yaxşı yuxu üçün təsirli qida hesab olunur. 

Həmçinin, böcəklər və həşəratlar da sarımsaq qoxusunu sevmədiyi üçün gecə boyu yatağınıza yaxınlaşa bilmirlər. Bunlar isə gecə yuxunuza fasilə vermədən yatmağa kömək edir. 

Pərviz

0