Neft son 3 ayda ən yüksək həddə qalxdı – YENİ QİYMƏT

09:05 / 30.05.2020
1205

Dünya bazarında neftin qiyməti son 3 ayda ən yüksk həddə qalxıb.

Artım həm London, həm də Nyu-York birjasında müşahidə olunur.

Belə ki, Londonda Brent markalı neftin qiyməti, 6% artaraq 38,17 dollara yüksəlib. Bu martın 6-dan indiyədək neftin ən yüksək qiymətidir.

ABŞ-da isə WTI neftinin qiyməti martın 11-dən bəri ən yüksək həddə qalxaraq 35 dolları keçib. 4,6%-lik artımdan sonra neft 35,27 dollar olub.

0
Fed.az