İlham Nəsirov işdən çıxdı

ÖLKƏ
13:16 / 20.08.2026
171

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb. 

İ.Nəsirov öz ərizəsi əsasında işdən çıxarılıb. 

Qeyd edək ki, İ.Nəsirov 2023-cü ilin noyabr ayında o zaman ekologiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin müşaviri təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
 

0