Türkiyə parlamentində əlbəyaxa dava - VİDEO

DÜNYA
11:12 / 10.06.2020
1293

Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava düşüb.

Teleqraf.com xəbər verir ki, dünən axşam Cümhuriyyət Xalq Partiyası (CHP) Enis Bərbəroğlunun deputat mandatından mərhum edilməsinə qarşı kabinetlərdə etirazlar təşkil edib.

Parlamentdə 45 dəqiqəyə başa çatmalı olan səsvermə prosesi 3,5 saat davam edib. Səsvermədən sonra deputatlar arasında yumruq davası başlayıb.

Ədalət və İnkişaf Partiyasının (AKP) CHP-nin çıxışına maneə olmasına ana müxalifət partiyasının üzvü Özgür Özəl sərt reaksiya göstərib.

Millətçi Hərəkat Partiyasının (MHP) fraksiya rəhbəri Levent Bülbül də Özgür Özələ qarşı çıxıb. Fasilə elan olunmasına baxmayaraq CHP ilə MHP arasında mübahisə əlbəyaxa davaya çevrilib.

MHP-li deputat Olcay Kılavuz CHP-nin fraksiya rəhbəri Özgür Özələ və Ulaş Qarsuya yumruq atıb. Deputatlar arasında uzunmüddətli davaya çətinliklə son qoyulub.

 

0