Koronavirusun indiyə kimi bilinməyən 4 əlaməti aşkarlandı

DÜNYA
15:19 / 26.06.2020
1329

Dünyada yarım milyona yaxın insanın ölümünə səbəb olan, bütün ölkələri izolyasiya şəraitinə salan koronavirusun daha öncə bilinməyən əlamətləri tapılıb.

HİT.Az Medicina.az-a istinadla bildirir ki,bu zamana kimi təsbit edilməyən daha 4 əlamət – halsızlıq, ishal, burun axıntısı və mədə bulantısı da koronavirusun simptomlarının arasına daxil edilib.

Amerikadakı Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi (CDC) bu barədə açıqlama verib.

COVİD-19 yeni meydana çıxanda əlamətlər arasında yüksək hərarət, nəfəs darlığı və quru öskürək var idi. Ötən ilin sonlarından bu yana milyonlarla insana yoluxan koronavirusu araşdıran mütəxəssislər daha sonra simptomlar siyahısına əlavələr ediblər.

Bununla da virusun əlamətlərinin sayı 11-ə kimi yüksəlib.

Bunlar qızdırma, öskürək, nəfəs darlığı, halsızlıq, əzələ ağrısı, baş ağrısı, dad və qoxu bilməə qabiliyyətinin itməsi, boğaz ağrısı, burun axıntısı, ürək bulanma, ishaldır. 

0