İsti havada üzə vurulan günəş kremi nə dərəcədə qoruyucudur?

SAĞLAMLIQ
22:06 / 14.06.2024
475

Dərini günəşinzərərli şüalarından qorumaq üçün günəş kremlərinin (SPF tərkibli kremlər) istifadəsinin vacib olduğu bildirilir. 

Tək yayda deyil, elə digər fəsillərdə də bu kremlərin istifadəsi məsləhət görülür. 

Yay aylarında istifadə etdiyimiz günəş kremləri dərimizi nə dərəcədə qoruyur?

Kosmetoloq Aynurə Həsənova Hit.az-a deyib ki, günəş kremlərini günorta 12:00-a qədər və 16:00-dan sonra istifadə edib, günəş altına çıxmaq olar.
12:00-16:00 aralığında günəş şüalarının dəriyə zərərli təsirləri daha çox olur. Həmin saatlarda günəş kremləri dərini çox da qorumur: 

"Bu saatlarda günəş altına çıxılırsa, daha uzunmüddətli qoruyuculuğu olan günəş kremləri istifadə edilməlidir. Bu zaman dəri nisbətən daha çox qorunmuş olar. Amma bu hallarda da günəş kremlərindən istifadə etmək bəzən əlavə mənfi təsirlər göstərir. Çünki həddindən artıq istidir, bu zaman insan daha çox tərləyir. Tərlə günəş kremi qarışanda, dəridə başqa problemlər – ləkələr, xəstəliklər yarana bilir. Fotodermatozlar deyilən dəri xəstəlikləri var ki, günəş şüalarının təsirindən yaranır. Yəni , günəş kremi istifadə edib, günün ən isti vaxtında açıq havada çox vaxt keçirmək və kremin dərini qoruduğunu düşünmək olmaz. Çünki bu zaman müalicəsi çətin olan dəri problemləri də yarana bilir”.

Sevinc

0