Oynaq ağrılarına səbəb nədir?

SAĞLAMLIQ
20:04 / 02.10.2024
264

Müəyyən yaşdan sonra insanlarda oynaq ağrıları müşahidə olunur.

Bu hal cinsindən asılı olmayaraq, hər kəsdə müşahidə olunur.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a şərhində bildirdi ki, oynaq ağrılarının yalnız yaşlı insanlara aid olması fikri yalnışdır, çünki ağrılar hər yaşda yarana bilər: 

“Ağrılar oynaqların sərtliyi, hərəkətsizliyi və hərəkətlərin məhdudlaşdırılması, oynaqlarda şişkinlik və s. kimi əlamətlərlə özünü büruzə verir. Oynaq ağrıları daha çox dizdə müşahidə olunur. Diz oynağında ağrılar müxtəlif səbəblərə görə yaranır. Diz qapağının vətərlərində tendenit yarana bilər. İdmanla məşğul olan yeniyetmələrdə diz qapağından aşağı ödem və ağrı müşahidə edilə bilər”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, sümük ağrılarına səbəb olan amillərdən biri də D vitamini çatışmazlığıdır. Sümük ağrısı və ya əzələ zəifliyi də D vitamini əskikliyinin əsas səbəblərindəndir”.

Sevinc

0