Səhər yeməyini oyandıqdan nə qədər sonra yemək lazımdır?

SAĞLAMLIQ
22:56 / 26.11.2026
53

Səhər yeməyini oyandıqdan sonrakı ilk iki saat ərzində qəbul etmək orqanizmdə karbohidrat mübadiləsinin normal fəaliyyətinə və qan şəkərinin tənzimlənməsinə kömək edə bilər.

HİT.az xəbər verir ki, diyetoloq Merve Ceylan bu barədə “Health” nəşrinə açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, yuxudan oyandıqdan qısa müddət sonra qidalanmaq orqanizmin enerji ehtiyatlarını bərpa edir və maddələr mübadiləsini tənzimləyən bioloji saatın fəaliyyətini dəstəkləyir. Səhər saatlarında orqanizmin insulinə həssaslığı da daha yüksək olur. Bu isə qanda qlükoza səviyyəsinin daha effektiv idarə edilməsinə şərait yaradır.

Diyetoloq 7 mindən çox insanın iştirak etdiyi araşdırmaya da diqqət çəkib. Tədqiqatın nəticələrinə əsasən, səhər yeməyini gec qəbul edən şəxslərdə qan şəkərinin daha yüksək olması və insulin müqavimətinin əlamətləri müşahidə edilib.

Bununla belə, Ceylan vurğulayıb ki, səhər yeməyi üçün hər kəsə uyğun vahid vaxt yoxdur. Qidalanma rejimi insanın yuxu saatlarına, gündəlik fəaliyyətinə, fərdi xüsusiyyətlərinə və sağlamlıq vəziyyətinə uyğun müəyyən edilməlidir. Məsələn, günə gec başlayan şəxsin oyandıqdan dərhal sonra yemək yeməsi vacib deyil.

Diyetoloq qeyd edib ki, arabir səhər yeməyini ötürmək ciddi narahatlıq yaratmamalıdır. Lakin bu vərdişin mütəmadi hal alması bəzi araşdırmalarda piylənmə, ikinci tip diabet və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

Samir

0