Stresi azaldan qidalar

SAĞLAMLIQ
19:58 / 29.10.2024
258

Hazırda sürətli və stresli həyat bir çox insanı narahat edən əsas problemə çevrilib. 

Mütəxəssislər bildirir ki, bəzi qida və təamlar stressi azaldır.

Hit.az stressi azaldan qidaları təqdim edir.

Qızılbalıq

Omeqa-3 yağ turşuları, xüsusilə EPA və DHA ilə zəngin olan qızılbalıq beyin funksiyasını yaxşılaşdırmağa və oksidləşdirici stressi azaltmaqla narahatlığı idarə etməyə kömək edir.

Banan

Yaxşı bir maqnezium mənbəyi kimi banan qan təzyiqini aşağı salmağa, narahatlıq və əhval dəyişikliyini idarə etməyə kömək edə bilər.

Qırmızı bibər: C vitamininin yaxşı mənbəyidir. Vitamin C qanda stres hormonu olan kortizol səviyyəsini aşağı salaraq stresi aradan qaldırmağa kömək edir. 

Stresli vaxtlarda yeməklərinizə və ya salatlarınıza qırmızı bibər əlavə edin.

Tünd şokolad: Beyindəki serotonin və endorfin kimi bizi yaxşı hiss etdirən nörotransmitterlərin səviyyəsini artırır.
 
Odur ki, stresli anlarda özünüzü daha yaxşı hiss etmək üçün qəhvənizlə ən azı 70 faiz kakao olan tünd şokoladı seçin.

Yaşıl mərcimək: Əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən selenium baxımından son dərəcə zəngin olan yaşıl mərciməkləri salatlarınızda və ya yeməklərinizdə istifadə edərək , streslə mübarizəyə əlavə edə bilərsiniz.

Sevinc


 

0