İdmanın sağlıq üçün hansı faydaları var?

SAĞLAMLIQ
18:59 / 12.12.2024
239

İdman sağlamlığın rəhnidir deyilir. 

Bəzi insanlar sağlam qalmaq üvçün mütamadi olaraq, idmanla məşğul olur. 

Maraqlıdır, idman sağlamlığa müsbət təsir edirmi?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, müntəzəm idman ümumi ölümləri və ürək-damar xəstəliklərində ölüm nisbətini 20-30% azaldır: 

“İdman ürək əzələsinin oksigen qəbulunu yaxşılaşdırır, ürək əzələsində kapilyarların inkişafını stimullaşdırır. Bununla yanaşı, idman qan təzyiqini də aşağı salır, şəkərli diabet yaranmasını gecikdirir. İdeal çəkini saxlamağa kömək edir. İdman stressi azaldır, yuxuya getməyi sürətləndirir, yuxu keyfiyyətini yaxşılaşdırır”.

Sevinc

0