Altsheymer xəstəliyi nədir?

SAĞLAMLIQ
20:38 / 17.03.2025
55

Altsheymer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir. 

Bu xəstəlik yeni bir xəstəlik olmasa da, ancaq xəstələrin sayı getdikcə artır. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, bu gün 65 yaşdan yuxarı insanlar dünyanın ən sürətli böyüyən yaş qrupunu təşkil edirlər:

"Altsheymer xəstəliyində səbəbi hələ tam olaraq,  başa düşülməmiş bir şəkildə beyin hüceyrələrinin daha tez ölməsindən qaynaqlanır. Beyin hüceyrələrinin ölümü yaşla hər insanda olur, lakin bu proses Altsheymer xəstəliyində çox sürətli və erkən olur. Hüceyrə ölümü ilə beyin yavaş-yavaş yığılmağa başlayır və kiçilir. Altsheymer xəstəliyi yoluxucu bir xəstəlik deyil. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş Altsheymerin ən böyük səbəbidir. Bu, 65 yaşdan sonra hər 14 insandan biridə 80-dən sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Başlarına davamlı zərbələr alan boksçular da risk altındadırlar. Həmçinin, tədqiqatlar göstərir ki, siqaret çəkən, yüksək qan təzyiqi, xolestreni və şəkəri olan insanlar da yüksək risk daşıyıcısıdırlar”.

Sevinc

0