Geomaqnit qasırğasının hansı zərərləri var?

SAĞLAMLIQ
22:14 / 15.04.2025
45

16 martda G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. 

Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər yayıb. 

Son zamanlar mütəmadi olaraq bu kimi geomaqnit qasırğasının baş verməsi barədə informasiyalar yayılır.

Görəsən, tez-tez eşitdiyimiz geomaqnit qasırğası nədir və niyə baş verir? 

Onun hansı zərərləri var?

Professor Adil Qeybulla Hit.az-a deyib ki, geomaqnit qasırğası isə həddindən artıq elektromaqnit dalğalarının yaranması deməkdir. Bu Günəşdə baş verən nüvə partlayışlarından qaynaqlanır:

“Normal halda Günəşdə yaranan nüvə partlayışları planetlərin ətrafında olan istilik və işıqla təmin olunur. Amma bəzən partlayışlar güclü olduqda Yer kürəsində də hiss olunur. Doğrudur, radiasiya Yer kürəsini qoruyur. Ancaq elektromaqnit dalğaları Yer kürəsinə çatdıqda meteohəssas insanların sağlamlığında problemlər yarada bilər. Məsələn, təzyiqin qalxması, baş ağrısı, başgicəllənmə, ürəkbulanma ,ürək və oynaqlarda ağrı, yorğunluq bronxospazm və s. Ona görə də həmin insanların proqnozlaşdırılan günlərdə evi tərk etməmələri məsləhətdir. Həmin ərəfədə mümkün qədər ev şəraitində olmalı, uzun müddət bayırda olmamalıdır. Ümumiyyətlə, insanların orqanizmi təbiətin mövcud olan şıltaqlıqlarına, o cümlədən də maqnit qasırğasına qarşı davamlıdır və ona adaptasiya oluna bilir. Məsələn, təsadüfi deyil ki, bu qasırğanın neqativ təsirlərini yalnız bir qrup insan öz üzərində hiss edir. Hansı ki, bu birbaşa təmasda olur”.

Sevinc

0