18 yaşında UCL-i yarımçıq qoyan azərbaycanlı 4 milyon dollar investisiya aldı

SAĞLAMLIQ
13:26 / 03.09.2026
71

Azərbaycanlı startapçı Selin Talışinskayanın həmtəsisçisi olduğu "Suna Health" həzm sistemini izləyən geyilə bilən cihazın inkişafı üçün təxminən 4 milyon dollar pre-seed investisiya cəlb edib.

HİT.az "Tech.az"a istinadən xəbər verir ki, şirkətin hazırladığı sensor patch qarın nahiyəsinə taxılır və mədə-bağırsaq fəaliyyətini davamlı izləyir. Süni intellekt əsaslı sensorlar həzm və bağırsaq fəaliyyətindəki dəyişiklikləri, qida qəbulunun təsirlərini və yuxu zamanı bərpa prosesini analiz edir.

Cihazın batareyası 200 saata qədər işləyir və "on-device machine learning" texnologiyası bağırsaq səslərini real vaxt rejimində təsnif edir. Şirkətin gözləmə siyahısında artıq 28 mindən çox insanın olduğu bildirilir.

"Suna Health" ənənəvi fitness trekerlərindən fərqli olaraq ürək döyüntüsü və fiziki aktivlik əvəzinə həzm sisteminin davamlı monitorinqinə fokuslanır. Startap Selin Talışinskaya və NHS-də həkim-rezident Dr. Chad Okay tərəfindən təsis edilib.

Talışinskaya 18 yaşında London Universitet Kollecində (UCL) təhsilini yarımçıq qoyaraq Dr. Chad Okay ilə birlikdə bu texnologiyanın hazırlanmasına başlayıb.

0