Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçildi

MƏDƏNİYYƏT
22:40 / 29.07.2020
1290

“Səpələnmiş Ölümlər Arasında” filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində yarışacaq. Filmin rejissoru Hilal Baydarovdur.

HİT.Az xəbər verir ki, festival 2-12 sentyabr tarixləri arasında baş tutacaq.

Müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu film festivallarından biri olan Venesiya Film Festivalında Azərbaycan filmi əsas müsabiqəyə seçilib.

Festivalın builki jüri heyətinə məşhur aktrisa Keyt Blanşet rəhbərlik edəcək. Bu il festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib. 

Venesiya Film Festivalı dünyanın ən qədim film festivalıdır. Bu festival hər il avqust ayının sonu və sentyabrın ayının əvvəlində keçirilir.

1