Tanınmış Azərbaycan şairi Salam Sarvanın ukrain dilinə tərcümə edilmiş “Boğulmaq da olmur, dayazdı dünya” kitabı Ukraynada nəşr olunub.
Ukraynanın zəngin ənənəli “Sammit-kniqa” nəşriyyatında işıq üzü görmüş kitaba şairin “Darıxma, düzəlməyəcək”, “Yatağımız çay yatağı”, “Yorulub, vuruldun mənə”, “Kəndirbaz” kimi 100-dən çox şeiri daxil edilib.
Şeirlərin ukrain dilinə tərcüməçisi və ön sözün müəllifi tanınmış Ukrayna şairi və ictimai xadimi, Ümumdünya Poeziya Festivalının qalibi Lesya Mudrakdır.
Qafqazinfo.az