ƏSA Teatrı 4 yaşında - VİDEO

MƏDƏNİYYƏT
23:20 / 03.09.2020
1320

Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan "ƏSA" Teatrının 4 yaşı olur.

3 sentyabr 2016-cı ildə əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk inklüziv teatrı yaranıb.

Teatrı var edən, yaradıcı-texniki heyətdən əlavə həm də tamaşaçıdır. "ƏSA" Teatrı onu var edən tamaşaçılarına təşəkkür edir!

Bu müddət ərzində bizə dəstək olan dövlət qurumlarına, özəl təşkilatlara, media şirkətlərinə, jurnalistlərə və teatrın yaşamasında dəstəyini göstərən şəxslərə minnətdarlığımızı bildiririk.

Qısa videoçarxla 4 il ərzindəki fəaliyyətimizi təqdim etməyə çalışmışıq.

0