Tanınmış fransız jurnalist erməni vandalizmindən kitab yazacaq

MƏDƏNİYYƏT
11:12 / 14.10.2020
1314

Azərbaycanlı mesenat, neft maqnatı Hacı Zeynalabidin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod “Facebook” hesabından Azərbaycanlı dostlarına müraciət edib.

HİT.Az xəbər verir ki, o, müraciətində  Azərbaycanda bombalanan şəhərləri ziyarət edib videoya çəkmək, sağ qalanlar və ailələrindən, Xocalıdan xilas olanlardan, məcburi köçkünlərdən müsahibə almaq üçün Azərbaycana gəlmək istəyən bir fransız jurnalist olduğunu vurğulayıb:

“Həmin jurnalist istedadlıdır, məhşur və qiymətləndirilən kitablar yazıb, ən böyük fransız milli qəzetlərlə də yaxın əlaqəsi var. O, Azərbaycanın dostudur, iki dəfə Azərbaycana səyahət edib, amma heç vaxt işğal altında olan ərazilərə səhayət etməyi qəbul etməyib. Dağlıq Qarabağ münaqişəsinin fransız dilli medialar tərəfindən tərəfli və ermənipərəst şəkildə işıqlandırılmasından məmnun deyil.

Viza müraciəti edib, ancaq iki həftədir cavab ala bilməyib. Məqalələri dərhal yazılmalıdır, yoxsa qısa müddətdən sonra fransız xəbərləri artıq bu münaqişə ilə daha az maraqlanmağa başlayacaqlar. Təsadüfən XİN-lə əlaqəsi olan və viza prosesini sürətləndirə bilən biri varsa, xahiş edirəm, mənimlə əlaqə qurmaqdan çəkinməsin. Bu adamın çamadanı hazırdır, gəlib bütün Azərbaycanlı qurbanlarının səsini dünyaya eşitdirmək istəyir. Əminəm ki, bu cür jurnalistlərə vizalarını gecikdirmədən vermək Azərbaycana böyük xidmət etməkdir! Köməyiniz üçün əvvəlcədən təşəkkür edirəm”.

0