Yaralı halda “Qarabağ”ı oxuyan əsgər müğənni imiş - VİDEO

MƏDƏNİYYƏT
12:12 / 05.11.2020
1316

Ötən gündən sosial şəbəkələrdə xəstəxana otağında mahnı oxuyan yaralı əsgərin videosu yayılıb.

Görüntülərdə həmin əsgərin “Qarabağ” mahnısını ifa etdiyi əks olunub. Həkimlərin ilkin tibbi müdaxiləsi zamanı onun canlı ifası rəğbətlə qarşılanıb. 

Məlum olub ki, sözügedən şəxs müğənni Məbud Əhmədovdur. Xanəndə kimi fəaliyyət göstərən Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrın solistidir. İfaçı həmçinin ATV kanalında yayımlanan “Üçümüz” proqramının bek-vokalçısıdır. 

0
Qafqazinfo.az