Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:32 / 26.10.2021
1941

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Əməkdar artist Fərqanə Qasımova olub.

Xanəndə, atası, Xalq artisti Alim Qasımovun onu otelin önündə şillələdiyini etiraf edib:

“Atamla çox səfərlərdə olduğumuz üçün aramızda kodlaşdırdığımız sözlər olurdu. Səfərlərimizin birində getdiyimiz şəhərdə böyük bir park vardı. Yürüşə çıxdıq. Tez-tez yeriyirdim. Atam dedi ki, bax, bu ağacın altında bir-birimizi gözələyək. Get nə qədər gəzirsən gəz, amma burada görüşək. Mən də ətrafı gəzdim, atamı axtardım, tapa bilmədim. Verdiyimiz vədi də unutdum. 20 yaşım vardı, qorxdum, həyəcan keçirdim. Fikirləşdim atam məni unudub gedib. Artıq hava qaralırdı. Hotelə qayıtdım. Sən demə, atam gəlib saatlarla məni axtarıb. Hotelin qarşısında əsə-əsə atamı gözləyirdim. Gələn kimi mənə 1-2 şillə vurdu. Dedi ki, sən bilirsən mənə nə qədər stres yaşatdın? Həyatımı məhv etdin. Ondan sonra atam 2-3 gün mənimlə danışmadı”. 

Xalq artisti Alim Qasımov da qızının dediklərini təsqidləyib:

“Xarici ölkələrin birində tədbirə gedəndə bu hadisə baş vermişdi. Ona tapşırmışdım ki, nə olur olsun, bu ağacın altında səni gözləyəcəm. Gəldim ki, qızım yoxdur. Çox axtardım, tapa bilmədim. Həyəcanlı şəkildə qayıtdım hotelə. Gedib oradan elan edim ki, qızımı itirmişəm. Gördüm qızım hotelin qarşısıda məni gözləyir. Mən də yaxınlaşıb ona 1-2 şillə vurdum. Ondan sonra bildi ki, görüş yerini unutmaq olmaz”.

0