Bakı Uşaq Gənclər Teatrı 1 iyun Beynəlxalq Gününə xüsusi layihə hazırlayıb.
Bu barədə Hit.az-a açıqlamasında sözügedən teatrın direktoru İntiqam Soltan məlumat verib.
Onun sözlərinə görə, layihə mayın 31-dən etibarən paytaxtda müxtəlif mədəniyyət evləri və məktəblərdə həyata keçirməyə başlayıb:
“Dünən “Aktyor evi”ndə “Xəzinələr adası” adlı maraqlı bir tamaşamız oldu. Bu gün isə Bakının müxtəlif məktəblərdə 5 tamaşa ilə çıxış edəcəyik. Uşaq günü ilə bağlı olan maraqlı layihəmiz uşaqların ürəyincə olacaq”.
Azra