Zəlimxan Yaqubun məzarı ziyarət edildi

13:33 / 09.01.2024
412

Bu gün mərhum şair, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun anım günüdür.

Birliyin katibi Musa Nəbioğlunun Hit.az-a verdiyi məlumata görə, bu məqsədlə Zəlimxan Yaqubun Fəxri Xiyabanda məzarı ziyarət edilib:

“Ailə üzvləri, yaxınları, dostları və oxucuları hamılıqla ordaydıq. Ayın 21-də Zəlimxan Yaqubun doğum günüdür. Həmin günün də Zəlimxan Yaqubun məzarı ziyarət olunacaq”. 

Musa Nəbioğlu bildirib ki, bu gün təkcə Aşıqlar Birliyində deyil, bütövlükdə cəmiyyətdə, ədəbiyyatda Zəlimxan Yaqubun yeri görünür:

“Əgər bu gün yaşasaydı, Qarabağ zəfərini tərənnüm edən necə böyük əsərlər yaradardı...”

Azra 

0