Xalq artisti vəfat etdi - FOTO

MƏDƏNİYYƏT
10:03 / 06.02.2024
470

Azərbaycan xoreoqrafiya sənətinə ağır itki üz verib.

HİT.az xəbər verir ki, Xalq artisti Rəfiqə Axundova 93 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Rəfiqə Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951-52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951-71). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləiyb. 

Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşı idi.

Rəfiqə Axundova Azərbaycan SSR Əməkdar artisti (26 aprel 1958-ci il), Azərbaycan SSR Xalq artisti fəxri adlarına (21 may 1970-ci il), "Şərəf nişanı" ordeni (9 iyun 1959-cu il), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (6 avqust 2021-ci il) və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə (11 iyun 2002-ci il) layiq görülüb.

0