"Əyalətdə yaşayan şair və yazıçılarımız bir qədər gözdən uzaq düşürlər.Çünki mərkəzdə keçirilən ədəbi bədii tədbirlərdə iştirak imkanımız olmur. Amma internet aləmində yaşayırıqsa, istedadı olan hər kəs elə evində oturub, özünü dünyaya təqdim edə bilər. İstər ucqar dağ kəndində yaşa, istər mərkəzdə".
Bu fukirləri Hit.az-a AYB-in Oğuz şöbəsinin sədri, şair Vüsal Oğuz səsləndirib.
O bildirib ki, əyalət şairlərinin əsas problemi toplaşmaq üçün yer tapmaqdır. Rayonlarda hansısa bədii , ədəbi proqram keçirmək üçün çayxananı, partiyaların ofisini seçmək lazım gəlir. Bu əlbəttə xoş olmur. Ədəbi məclislərimizin keçirilməsi üçün daimi bir məkanımızın olmasını arzu edirik. Qalan hər şey bizdən asılıdır. Qələmimiz əlimizdə, ilhamımız qəlbimizdədir. AYB- də gənc şair və yazarlara lazımi diqqəti göstərir" -deyə o bildirib.
Murad