Professor atlı heykəllərin sirlərini açdı

MƏDƏNİYYƏT
22:04 / 14.08.2024
771

“Azərbaycanda atlarla bağlı heykəltəraşlıq nümunələri qaneedici səviyyədə deyil. Koroğlunun atla heykəli isə ümumiyyətlə biabırçılıqdır".

Bu fikirləri Hit.az-a professor, sənətşünas Ziyadxan Əliyev səsləndirib.

 “Döyüş atı quyruğunu qısıb, qıçlarının arasına alıbsa , bu onun qorxduğunu göstərir. Koroğlunun Qıratını poni boyda, həm də quyruğu qısıq təsvir ediblər.  Ümumiyyətlə, atlı heykəllərin öz sirri var. Əgər qəhrəmanın atının  ön ayaqları havaya qalxıbsa, bu onun döyüşdə öldüyünü göstərir.  Əgər atın ön ayaqlarından biri havaya qalxıbsa, bu qəhrəmanın döyüşdə yaralandığını, sonralar bu yaralara görə öldüyünü bildirir. Əgər qəhrəmanın atının ayaqları yerə bərkidilibsə, bu onun döyüşdə yox, çox sonralar öz təbii ölümü ilə öldüyünü bildirir”,- deyə professor qeyd edib.

Murad

0