Türk seriallarının ən komik kişi obrazları - TOP-10

MƏDƏNİYYƏT
17:00 / 23.09.2024
68

Türkiyə serialları dünya miqyasında milyonlarla izləyiciyə xitab etməyi bacarır. 

Hit.az bildirir ki, sözügedən ekran işlərinin bu qədər çox sevilməsinin bir səbəbi də obrazların mükəmməlliyidir. 

Belə ki, qardaş ölkənin seriallarındakı obrazların böyük əksəriyyəti olduqca populyar olur. Hətta bəzən hansısa obrazın məşhurluğu serialın da önünə keçə bilir. Bir çox hallarda isə həmin obrazların ayrıca filmi belə çəkilir. Üstəlik, bir çox keçmiş serialların obrazlarının səhnələrini bu gün belə sosial şəbəkələrdə paylaşırlar. 

Bütün bunlar onların necə sevildiyini göstərir. Sevilən obrazların başında isə komik xarakterlər gəlir. Çünki insanlar onları güldürən obrazları çox sevirlər. Bu səbəbdən də daima gülmək və əylənmək üçün onları izləmək istəyirlər. 

Bəs hansı komik kişi obrazları bu günə qədər unudulmayıb? 

Hit.az Türkiyə seriallarının ən çox sevilən komik kişi obrazlarından 10-nun adını təqdim edir:

1. "Muro" - "Kurtlar Vadisi Pusu"
2. "Fiko" - "Adanalı"
3. "Mesut" - "Gaddar"
4. "Şükrü" - "Zengin Kız Fakir Oğlan" 
5. "Ergun" - "Seksenler" 
6. "Mecnun" - "Leyla ile Mecnun" 
7. "Burhan Altıntop" - "Avrupa Yakası" 
8. "Erdal Bakkal" - "Leyla ile Mecnun" 
9. "Hüsnü" - "Kurtlar Vadisi Pusu" 
10. "Haluk" - "Çocuklar Duymasın" 

Pərviz

0