Xəstəxanaya yerləşdirilən Əməkdar artistin qardaşı danışdı - "Evə buraxılacağı məlum deyil"

MƏDƏNİYYƏT
14:35 / 19.04.2025
57

"Vahid Əliyevin səhhəti stabil olaraq qalır. Bir həftədir ki, özəl xəstəxanaların birinə yerləşdirilib".

Bu sözləri Teleqraf-a hazırda xəstəxanada müalicəsi davam etdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin qardaşı Vidadi Əliyev deyib.

"Qardaşım ağciyər çatışmazlığından əziyyət çəkir. Xəstəxanada müalicəsi davam edir. Onun xəstəxanadan nə zaman evə buraxılacağı məlum deyil. Hələ ki, həkim nəzarətindədir",- deyə V.Əliyev bildirib.

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.

0