Türkiyəli məşhur aktrisa Ayça Varlıer ekranlara qayıdır.
Hit.az xəbər verir ki, təcrübəli sənətçinin yeni serialı bəlli olub.
O, yeni başlayacaq “Haysiyet” serialında rol alacaq. Gözəl aktrisa ekran işində “Şehnaz” obrazına həyat verəcək. Layihədə Kerem Alışık, Reha Özcan və Merih Öztürk kimi məşhurlar da çəkiləcək. Adıçəkilən serial yeni mövsümdə “Kanal D”də yayımlanacaq.
Qeyd edək ki, 49 yaşlı aktrisa karyerası ərzində “Gümüş”, “Kurtlar Vadisi Pusu”, “Geniş Aile”, “Behzat Ç.”, “Kehribar” və “Kalk Gidelim” kimi çox sayda serialda rol alıb.
Aslan


