Türkiyənin “Kanal D” telekanalının əfsanəvi serialı “Arka Sokaklar”la bağlı yeni gəlişmələr yaşanır.
Hit.az xəbər verir ki, fenomen layihənin davam etmə ehtimalı yaranıb.
Buna səbəb izləyicilərin çoxsaylı xahişləridir. “Kanal D” rəhbərliyi sürpriz qərar verərək ekran işini çəkən şirkən “D Media”nı qapadır. Beləliklə, “Arka Sokaklar”ı davam etdiriləməsi üçün yeni prodüser şirkəti axtarılır.
Hətta serialın aktyorlarından bir neçə həftə başqa təklifəri qəbul etmədən gözləmələri istənilib. Yəni hazırda “Arka Sokaklar”ın 21-ci mövsümünün çəkilməsi nəzərdən keçirilir.
Pərviz


