Tarixin ən yaxşı kino qəhrəmanları – Siyahı

MƏDƏNİYYƏT
22:16 / 12.06.2020
1288

“Empire” jurnalının oxucuları tarixin ən böyük kino qəhrəmanını seçiblər.

Axar.az xəbər verir ki, amerikalı aktyor Harrison Fordun canlandırdığı İndiana Cons siyahıda birinci olub.

İkinci yerdə isə “Yad” filmindəki Ellen Ripli dayanıb. Bu rolu məşhur aktrisa Siqurni Uiver canlandırıb. İlk üçlüyü “Marvel”dən Dəmir adam qapayıb.

Onluğa Kapitan Amerika, “Ulduz müharibələri”ndən Lyuk Skayuoker və Şahzadə Leya, Betmen, Supermen və Qara bəbir də daxil olub.

0