ABŞ haitililəri ölkədən deportasiya etməyə başladı

DÜNYA
18:00 / 21.08.2026
55

ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) deportasiya edilən Haiti vətəndaşlarını daşıyan ilk təyyarəni Haitiyə göndərib. 

HİT.az xəbər verir ki, bu barədə "ABC News" və "CBS News" məlumat yayıb.

Avqustun 20-də 161 deportasiya edilmiş Haiti vətəndaşının olduğu təyyarə adanın şimalındakı Kap-Ayisyen hava limanına enib.

İyunda ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasına haitililərə və bir sıra digər ölkələrin vətəndaşlarına tətbiq edilən müvəqqəti qorunma statusunu (TPS) ləğv etməyə icazə verib.

Haiti vətəndaşlarına bu status 2010-cu ildə adada baş verən zəlzələdən sonra verilmişdi. ABŞ-da yaşayan təxminən 350 min haitili TPS-dən yararlanırdı.

ABŞ hakimiyyəti bildirib ki, onlar ya ölkədə daimi hüquqi status əldə etməli, ya da ABŞ-ı tərk etməlidirlər.

KİV-in məlumatına görə, deportasiya edilən haitililərin bir hissəsinin TPS statusu olub. Digərləri isə həbsxanadan azad edildikdən sonra Haitiyə göndərilib.

Samir
 

0