Tanınmış ispan yazıçısı vəfat etdi

MƏDƏNİYYƏT
15:23 / 19.07.2020
1999

Tanınmış ispan yazıçısı Xuan Marse Barselonada 87 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə “Carmen Balcells” ədəbiyyat agentliyi məlumat yayıb.

Qeyd edək ki, Xuan Marse 1933-cü ildə yanvarın 8-də anadan olub. Marse 50-ci illərin məşhur yazıçılarından hesab olunur. Yazçının “Tereza ilə son axşam”, “Xalaqızı Montsenin qaranlıq tarixi”, “Lolita klubunda sevgi nəğməsi” kimi əsərləri mövcuddur.

Marse 2008-ci ildə nüfuzlu Miqel de Servantes mükafatına layiq görülüb.

0