Mustafa Şentop Bakıya gəldi - FOTO

16:58 / 18.10.2020
1056

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edib.

HİT.Az xəbər verir ki, o, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 18-20-si aralığında nümayəndə heyəti ilə birlikdə ölkəmizdə rəsmi səfərdə olacaq.

Oktyabrın 19-da TBMM sədri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək.

M.Şentop oktyabrın 20-də Milli Məclisdə çıxış edəcək. Bununla bağlı məsələ artıq plenar iclasın gündəliyinə salınıb.



0