"Ermənistan tarixinin biabırçı səhifəsi..." - Paşinyanın istefası tələb olunur

SİYASƏT
08:03 / 10.11.2020
1049

“Bu gün tariximizin ən biabırçı səhifəsi yazılıb. Bir neçə saat əvvəl “Çiçəklənən Ermənistan” və bir sıra partiya Baş nazirin istefası tələbi ilə çıxış ediblər. Bütün bu olanlardan sonra Paşinyanın edə biləcəyi ən az şey istefa ola bilər”.

“Sputnik Ermənistan” xəbər verir ki, bu sözləri müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvü İveta Tonoyan deyib.

Millət vəkili vətəndaşlarla polis arasında toqquşmalara yol verməmək üçün Ermənistan hökumətinin binasının yanında olduğunu bildirib: “Biz insanların olduqca obyektiv və aydın olan qəzəbini sakitləşdirmək üçün gəlmişik. Burada ataları, qardaşları və oğulları döyüş meydanında ölən insanlar var”.

O, səhər saatlarında “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın sədrliyi ilə iclas çağırıldığını, bundan sonra bəyanatla çıxış edəcəyini bildirib.


0
Qafqazinfo.az