SİYASƏT
20:55 / 13.01.2022
108

Azərbaycan Prezidentinin müsahibəsi Türkiyə mediasında

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsi Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Hit.az xəbər verir ki, İHA xəbər agentliyi, “TRT Haber”, “Haber Türk”, “CNN Türk” telekanalları, “Yeni şafak”, “Hurriyet”, “Sabah” qəzetləri və digər media orqanları müsahibənin ayrı-ayrı hissələrini türkdilli ictimaiyyətin diqqətinə çatdırıblar.

Türkiyə KİV-ləri məlumat verir ki, Avropa İttifaqının ikili standartlar siyasətini sərt tənqid edən Azərbaycanın dövlət başçısı Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə fikirlərini və mövqeyini bildirib.

Qardaş ölkə mediası yazır ki, sərhəddəki təxribatlara görə, Ermənistan rəhbərliyini sərt ittiham edən Prezident İlham Əliyev “Sadəcə olaraq, Ermənistan öz anti-Azərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər” fikri ilə bir daha öz mövqeyini xatırladıb.

2