SİYASƏT
19:12 / 14.01.2022
109

Arazdəyən-Horadiz yolunun bərpası üzrə işçi qrup yaradıldı

Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupun yaradılması haqqında qərar imzalayıb.

"Qafqazinfo" erməni mediasına istinadən xəbər verir ki, qərara əsasən, işçi qrupuna 10 nəfər daxil olacaq. İşçi qrupun rəhbəri vəzifəsinə Ermənistanın İrandakı keçmiş səfiri, hazırda baş nazirin müşaviri Artaşes Tumanyan təyin edilib.

O, görülən işlərlə bağlı rüblük hesabat təqdim etməlidir. 

0